Oğuz-Şəki yolu ilə bağlı irad: "Bərpa etməyəcəkdinizsə, niyə sökürdünüz?"

Oğuz-Şəki yolu ilə bağlı irad:

Yevlaxdan Şəkiyə qısa müddətə çox gözəl yol çəkilib. Həqiqətən də Şəkiyə daha tez çatmaq olur. Ancaq Oğuz-Şəki yolunun uzun müddətdir dağıdılmasına baxmayaraq hələ də bərpası haqqında düşünmürlər.

RegionNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib.

Əli Məsimli qeyd edib ki, turizm mövsümü zamanı da yolun bərpa olunmasına ümid yoxdur:

“Əgər yolu bərpa etməyəcəkdinizsə, niyə sökürdünüz? Aidiyyəti qurumlar bu məsələni uzadacaq və sonda da deyəcək ki, vəsait azlığı var. Nəticə olaraq bütün məsuliyyət də düşəcək Maliyyə Nazirliyinin üzərinə”. (teleqraf.com)