"Oğluma iş vermirdilər..." - Ağdaşda intihar edən qazinin atası

"Oğluma iş vermirdilər..." -

Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.

Qazinin intiharı ilə bağlı danışan atası onun işlə bağlı problemləri olduğunu bildirdi:
"Neçə müddətdir ki, işsiz idi. Oğluma iş vermirdilər, müraciət etmədiyi yer qalmamışdı. Kənd İcra Nümayəndəliyindən tutmuş hər yerə müraciət etmişdi, müraciətimizə baxmadılar. Yəni, iş problemi var idi, sonda da belə oldu".
Yuxarı Ləki kəndinin İcra Nümayəndəsi Müşviq Hüseynov isə işlə bağlı hər hansı müraciətin olmadığını bildirib:
"Hadisə baş verib, indi araşdırma aparılır. Bizə hər hansı müraciətləri olmayıb. Hansı səbəbdən intihar etdiyi haqda məlumatımız yoxdur. Araşdırılır”.