“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Bu gün “Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tuta püşkatmadan sonra Azərbaycan çempionu “Neftçi”nin “Dinamo” (Gürcüstan) komandası ilə qarşılaşacağı bilinib.

Sabah “Neftçi”nin II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri isə 13-14-də baş tutacaq. “Neftçi” ilk görüşü Tbilisidə, cavab oyununu isə Bakıda keçirəcək. (oxu.az)