Neftçalada bələdiyyə sədrinə cinayət işi açıldı - TƏFƏRRÜAT

Neftçalada bələdiyyə sədrinə cinayət işi açıldı -

Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi açılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1 823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə 2 196 manat məbləğində pul vəsaitini öz qulluq səlahiyyətlərindən istifadə etməklə etibar edilən bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.