Müəllimlərin NƏZƏRİNƏ: Əməkhaqqını hesablamaq üçün KALKULYATOR

Müəllimlərin NƏZƏRİNƏ: Əməkhaqqını hesablamaq üçün

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqılarının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənərək vətəndaşların istifadəsinə verilib.

Bunun üçün Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin “Onlayn kalkulyator” (https://edu.gov.az/calculator) keçidinə daxil olmaq lazımdır.

Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqqılarını hesablama imkanı əldə edəcəklər.

Müəllimlər “Onlayn kalkulyator” (https://edu.gov.az/calculator) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “Hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər. 

Qeyd edək ki, yeni xidmətin yaradılmasında əsas məqsəd şəffaflığın və əlçatanlığın artırılmasıdır.