Müəllim Günündə valideynlərdən pul yığılıb? - “Şikayətlər var”

Müəllim Günündə valideynlərdən pul yığılıb? -

Təhsil Nazirliyi məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması ilə bağlı hər hansı qeyri-qanuni tələb olarsa, valideynlərin anonim olmadan nazirliyin Qaynar xəttinə müraciət edə biləcəklərini bildirmişdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) də eyni mövqeni nümayiş etdirərək, məktəblərdə Müəllimlər Günü münasibətilə pul yığılması iddialarına münasibətdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edildiyini bildirib.

Əgər ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, BŞTİ quruma aid olan Çağrı Mərkəzinə (146-0) müraciət edilməsini tövsiyə etmişdi.

Maraqlıdır, məktəblərdə Müəllim Günü ilə bağlı pul yığılması ilə bağlı BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) nə qədər müraciət daxil olub? Bakı şəhər Təhsil İdarəsindən Cebhe.info-nu sorğusuna cavab olaraq bildirilib ki, Çağrı Mərkəzinə (146-0) 2 müraciətin daxil olub:

“5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumi təhsil müəssisələrinin fəaliyyətində valideynləri narahat edən məsələlərlə bağlı müraciətlər aidiyyəti üzrə yönləndirilib. Hazırda həmin müraciətlərlə bağlı araşdırma aparılır”.