“Mingəçevir”in məşqçilər heyəti bilindi

“Mingəçevir”in məşqçilər heyəti bilindi

Növbəti mövsüm I divizionda çıxış edəcək “Mingəçevir” klubunun məşqçilər heyəti müəyyənləşib.

“RegionNews.az” xəbər verir ki, gözlənildiyi kimi baş məşqçi Mingəçevir futbolunun yetirməsi, “Qəbələ”nin sabiq futbolçusu Azər Həşimov təyin edilib.

Onun köməkçiləri Samir Məmmədov və Elnar Kərimov (qapıçılar üzrə məşqçi) olacaq.

Qeyd edək ki, bu komandanın İdarə Heyətinin sədri hakim-inspektor, sabiq FIFA referisi Rövşən Əhmədovdur.