Məşhur şirkətdən BİABIRÇILIQ: məzhəb ayrı-seçkiliyi... - FOTOLAR

Məşhur şirkətdən BİABIRÇILIQ: məzhəb ayrı-seçkiliyi... -

“Səba” toyuqlarının qablaşdırılmasında “Hanafi” yazısı əks olunan foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

RegionNews.az xəbər verir ki, mağazalarda satışda olan toyuğun üzərində "Hanafi” yazılması (Hənəfi məzhəbi) dini ayrıseçkilik kimi qələmə verilib.

“Səba” toyuq və toyuq məhsulları şirkəti məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, həmin yazı olan bağlamalı toyuqlar artıq marketlərdən geri çağırılıb:

““Səba” Azərbaycanda beynəlxalq və dövlət halal standartlarına malik ilk toyuq əti istehsalçısı və yeganə süd məhsulları markasıdır. GİMDES loqolarından birində yer alan 4 məzhəb islamın halal qidaya ən sərt tələbləri olan məzhəbləridir və təşkilat bu tələbləri gözlədiyini bununla nümayiş etdirir. GİMDES nüfuzuna güvənən istehlakçılarımızın bizə dəfələrlə müraciətindən sonra bu qurumun bizim üçün xüsusi təsdiqlədiyi loqonu məhsullarımızın qablaşdırması üzərinə vurmağı qərara aldıq. 

Lakin təəssüf ki, çap şirkətinin dizayneri göndərilən loqonun keyfiyyətdə uyğun gəlmədiyini düşünərək, qurumun internet saytından yüklənən halal nişanından istifadə edib, məsul əməkdaşlarımız da bu yanlışlığı diqqətdən qaçırıblar”.