Məşhur şahmatçı Sumqayıt Olimpiya Kompleksinə direktor təyin olunub

Məşhur şahmatçı Sumqayıt Olimpiya Kompleksinə

Sumqayıt Olimpiya İdman Kompleksinin yeni direktoru müəyyənləşib.

“RegionNews.az” xəbər verir ki, Azərbaycanın məşhur şahmatçısı Zeynəb Məmmədyarova direktor təyin edilib.

39 yaşlı qrossmeyster bu postda iki aya yaxındır vəzifəsini tərk edən Natiq Əliyevi əvəzləyib. N.Əliyevin müavini olan Bəylər Mirzəyev isə Kürdəxanı Olimpiya Kompleksinin direktoru vəzifəsinə təyinat alıb. (report)