Mərdəkan çimərliyində 35 min manatlıq saat oğurlayan şəxs SAXLANILDI

Mərdəkan çimərliyində 35 min manatlıq saat oğurlayan şəxs SAXLANILDI

Avqustun 7-də Bakıda Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 000 manat pul, 3 000 manat dəyərində iki ədəd mobil telefon, şəxsə məxsus BMW markalı avtomobildən 35 000 manat dəyərində qızıl saat və 5 000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.