Lerikdə 4 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Lerikdə 4 tondan artıq narkotik tərkibli bitki məhv edilib

Lerik Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 4 ton 712 kiloqram olan 18851 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.