Lənkəranın fenomen müəlliminin toyu da dərslərindən seçilmədi - FOTO

Lənkəranın fenomen müəlliminin toyu da dərslərindən seçilmədi -

Şagirdləri ilə birgə çəkdiyi videolarla sosial şəbəkələrdə fenomenə çevrilən Lənkəranın Jidi kənd məktəbinin müəllimi Leyla Qarazadənin toyu olub.

“RegionNews.az” xəbər verir ki, müəllimin toyu da əyləncə baxımından dərslərindən geri qalmayıb. Belə ki, mərasimə müəllimin dərs dediyi şagirdləri də dəvət olunub, onlar sevimli pedaqoqlarını dövrəyə alaraq rəqs ediblər.

L.Qarazadə ixtisasca tarix müəllimi olan Faiq adlı həmkarı ilə ailə qurub.

Qeyd edək ki, L. Qarazadə sosial şəbəkədə şagirdlərinə etdiyi jestləri, onlara “bu gün sən nə gözəlsən…” deyərək video çəkməsi ilə məşhurlaşmışdı. Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev də həmin müəllim və şagirdləri ilə görüşmüşdü.







Qafqazinfo