Lənkəranda səhiyyə sisteminin biabırçılığı... - GİLEY

Lənkəranda səhiyyə sisteminin biabırçılığı... -

"Lənkəran səhiyyə sisteminə olan şikayətimi bildirmək istəyirəm. 3 gün əvvəl qızımı "pristup" tutdu, həkimə apardıq, acilə... dövlət xəstəxanasına, həkim "UZİ" olunsun deyə tövsiyə etdi".

“RegionNews.az” xəbər verir ki, bu barədə Lənkəran sakini Ama Quliyeva "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edib.

Daha sonra narazı vətəndaş yazır: "Çox yerə getdik, saat 3 olmuşdu deyə heç bir xəstəxanada UZİ həkimi yox idi. Yəni saat 4 də gedmişik, "uzist"lərin iş saatı bitib ,heç nə edə bilmərik, dedilər



Üz tutduq özəl klinikaya, orada da dedilər ki, "uzist" saat 3-də gedib artıq.

Bir sözlə, bütün şəhəri gəzdik, nəhayət bir "uzi" yeri tapdıq, sağ olsun... zəng vurub xahiş etdik... "uzist" dediyi ki 15 dəq gəlib "uzi" etdi...

Yəni elə nəticəyə gəlirəm ki, xəstənin bir çətin halı, iraq olsun orqanı vurub partlasa belə, "uzistlər" saat 3-də evinə gedməlidir?

Zatən, pulsuz "uzi" yoxdur bunu normal şəkildə iki növbəli həkimlə etməlidirlər...

Nə vaxta qədər insan həyatı ilə oynayacaqlar???"