Lənkəranda İNTİHAR: 21 yaşlı oğlan özünü tövlədə asdı

Lənkəranda  İNTİHAR:

Lənkəranda 21 yaşlı oğlan intihar edib.

“RegionNews.az” xəbər verir ki, hadisə ötən gecə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Həsən İlham oğlu Həsənzadə yaşadıqları evin həyətindəki tövlədə özünü asıb.

Ailə üzvləri hadisədən bu gün səhər saatlarında xəbər tutublar.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.