Lənkəran sakininin avtomobilindən silah aşkarlanıb

Lənkəran sakininin avtomobilindən silah aşkarlanıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şilavar kənd sakini, əvvəllər məhkum olunmuş Əhməd Hüseynov idarə etdiyi "Vaz 2121" markalı avtomobillə saxlanılıb. ŞRPŞ-də həmin avtomobilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən lüləsi və qundağı kəsilmiş "abrez" tipli nömrəsi silinmiş ov tüfəngi və həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.