Kürdəmir susuz qaldı

Kürdəmir susuz qaldı

Külüllü-Kürdəmir magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.