Koronavirusun Azərbaycan əhalisinin gəlirlərinə necə təsir etdiyi AÇIQLANDI – Rayonlar üzrə SİYAHI

Koronavirusun Azərbaycan əhalisinin gəlirlərinə necə təsir etdiyi AÇIQLANDI –

Son illər ərzində Azərbaycanda ilk dəfə olaraq 2020-ci ildə əhalinin gəlirlərində azalma qeydə alınıb.
Açıqlanan rəsmi məlumatlara görə, 2020-ci ildə Azərbaycanda adambaşına düşən aylıq gəlir 291,4 manat olub.
Müqayisə üçün qeyd edək ki, son 10 ildə Azərbaycanda adambaşına düşən aylıq gəlir aşağıdakı kimi olub:
2010-cu il – 144,2 manat
2013-cü il – 214,7 manat
2014-cü il – 230 manat
2015-ci il – 240,5 manat
2016-cı il – 257,8 manat
2017-ci il – 268,4 manat
2018-ci il – 276 manat
2019-cu il – 292,6 manat
2020-ci il – 291,4 manat
Onu da qeyd edək ki, son bir ildə adambaşına düşən aylıq gəlirin dəyişmə tempi ayrı-ayrı iqtisadi rayonlarda fərqli olub. Azərbaycandakı mövcud 11 iqtisadi rayondan 5-də adambaşına düşən aylıq gəlir azalıb, 6-da isə artıb. Əhalinin gəlirləri ən çox Lənkəranda (11,8 manat) azalıb. Ən çox artım isə Yuxarı Qarabağda (8,1 manat) qeydə alınıb.
Son 2 ildə Azərbaycanın iqtisadi rayonları üzrə isə adambaşına düşən aylıq gəlir aşağıdakı kimi olub:

İqtisadi rayonlar 2019-cu il 2020-ci il Fərq
Naxçıvan MR 322 manat 310,7 manat 11,3 manat azalıb
Abşeron 281 manat 288,7 manat 7,7 manat artıb
Gəncə-Qazax 286,4 manat 289,3 manat 2,9 manat artıb
Şəki-Zaqatala 276,2 manat 276 manat 20 qəpik azalıb
Lənkəran 287,3 manat 275,5 manat 11,8 manat azalıb
Quba-Xaçmaz 285,8 manat 293,3 manat 7,5 manat artıb
Aran 268,7 manat 273,7 manat 5 manat artıb
Yuxarı Qarabağ 281,4 manat 289,5 manat 8,1 manat artıb
Dağlıq Şirvan 283,9 manat 288,8 manat 4,9 manat artıb
Kəlbəcər-Laçın 299,2 manat 297,7 manat 1,5 manat azalıb
Bakı şəhəri 326,1 manat 315 manat 11,1 manat azalıb

Qeyd edək ki, dünyada yayılan koronavirus pandemiyası səbəbindən ötən ilin mart ayından etibarən ölkə ərazisində bir sıra məhdudiyyətlər tətbiq olunur. Bu məhdudiyyətlər səbəbindən bu ilin ilk rübü ərzində də əhalinin gəlirlərində azalma olub. Belə ki, ötən ilin ilk rübündə adambaşına düşən aylıq gəlir 312,1 manat olduğu halda, bu ilin ilk rübündə 302,8 manat olub. (yeniavaz.com)