Kobo Abenin məşhur romanı Azərbaycan dilində

Kobo Abenin məşhur romanı Azərbaycan dilində

Yapon ədəbiyyatının parlaq nümayəndələrindən olan Kobo Abenin “Qumluqdakı qadın” romanı Azərbaycan dilində nəşr olunub.

“RegionNews.az” xəbər verir ki, "Qanun" nəşriyyatında çap edilmiş roman bütün dövrlərin 100 ən yaxşı əsəri siyahısına daxil edilib.

Mental və cismani qütblərin münaqişəsi üzərində qurulmuş, həşərat kolleksiyası toplayan kişinin və qumluqdakı kiçik kənddə tənha yaşayan qadının kədərli tarixçəsini əks etdirən əsər oxucu qəlbinin dərinliklərinə sirayət edir, son cümlələrinədək intizarda saxlayır.

Əsərin tərcüməçisi Nəriman Əbdülrəhmanlıdır. (kulis.az)