İmpiçment proseduru: Baydeni nə gözləyir?

İmpiçment proseduru:

Respublikaçı konqresmen Marcori Teylor Qrin ABŞ Prezidenti Co Baydenə impiçment elan edilməsi təklifi ilə çıxış edib.

“RegionNews.az” xəbər verir ki, konqresmen bu mövqeyini prezidentin səlahiyyətlərindən sui-istifadə etməsilə əsaslandırıb.

Bu barədə “The Hill” qəzeti “Twitter” hesabında açıqlama yayıb.

“Mən səlahiyyətlərindən sui-istifadə etdiyinə və oğlu Hanter Baydenə kömək etmək üçün səlahiyyətlərindən istifadə etmək istəyinə görə, Prezident Co Baydenə impiçment haqqında 57 saylı qətnaməni Nümayəndələr Palatasına təqdim etmişəm” - respublikaçı konqresmen belə deyib.

Qrin Baydeni korrupsiyaya əl atmaqda günahlandırıb.

O bildirib ki, ki, Prezidentin oğlu Hanter xidmətlərin göstərilməsi müqabilində başqa ölkələrin vətəndaşlarından hədiyyələr qəbul edib, həmçinin digər ölkələrin daxili və xarici siyasətinə müdaxilə edib.


Cebhe.info