“İmmun serifikatı”nı müddətsiz kimlər əldə edə bilər? - Nazirlikdən cavab

“İmmun serifikatı”nı müddətsiz kimlər əldə edə bilər? -

“Koronavirusa yoluxub sağalmış şəxs 6 ayın tamamında Azərbaycanda istifadəsinə icazə verilən vaksini vurdurmaqla “İmmun serifikatı”nı müddətsiz əldə edə bilər”.

“RegionNews.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş İnfeksionist müşahidələrə əsasən deyib ki, iki doza peyvənd vurduranlarda müəyyən müddət sonra təsir zəifləyə bilir:

“Bəzilərində bu, 6 ay və daha çox davam edə bilər. Hər şey insanın immun sistemindən asılıdır. Xroniki xəstəliyi olanların digər insanlara nisbətən immuniteti zəifdir. Ona görə də onlar peyvənd olunduqdan sonra yaranmış immunitet daha zəifdir. 60 yaş üzərində xroniki xəstəlikləri olanlarda immunuitet zəifdir, onlar təkrar yoluxduqları halda xəstəliyi ağır keçirə bilərlər. Ona görə də onlar risk qrupuna daxildir və 3-cü buster dozanın vurulması tövsiyə olunur. Bu məcburiyyət deyil, sadəcə həssas qruplara, o cümlədən tibb işçilərinə tövsiyədir”. (modern.az)