İmişli sakini FƏRYAD EDİR... - Başçı isə...

İmişli sakini FƏRYAD EDİR... -
İmişli rayonu, Qaradonlu kənd sakini Mirzəyev Faiq Qurban oğlu dövlət qurumlarına müraciət edərək kömək istəyir.
Faiq Mirzəyev öz müraciətində bildirir ki, 2 il sovet ordusunda hərbi qulluq etmişəm: “ 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin elan etdiyi səfərbərliyə könüllü qoşularaq döyüşlərdə iştirak etdim. 1993-96-cı illərdə Milli Orduda qulluq etmişəm və 1996-cı ildə ordudan tərxis olunmuşam. Qarabağ veteranıyam və dövlətdən 80 manat veteran pulu alıram”.
Müraciətin davamında Qarabağ veteranı qeyd edir ki, imkansız olduğum üçün qohum-əqrəbanın köməyi ilə ailəm üçün ev tikdim:
“Ancaq baş verən yanğın nəticəsində evim yanıb kül oldu.
Hazırda yaşamağa yerim yoxdur, bir balaca daxmada gecələyirik”.
Qarabağ veteranı Faiq Mirzəyev iki övlad atasıdır. Onun oğlu hərbi xidmətini başa vursa da, ötən il 2-ci Qarabağ müharibəsində iştirak edib və göstərdiyi igidliyə görə, 4 medalla təltif olunub və hazırda Gəncədə kollecdə təhsil alır.
Qarabağ qazisi Faiq Mirzəyev müraciətinin davamında qeyd edir ki, oğlum tələbədir, ona kömək etməyə imkanım yoxdur, özüm də işsizəm, ayda dövlətdən 80 manat veteran pulu alıram.
Bütün bunlar azmış kimi Qarabağ qazisinin evi yanıb və kömək edən yoxdur.
Faiq Mirzəyev qeyd edir ki, dəfələrlərlə İmişli Rayon İcra Hakimiyyətinə müraciət etsəm də kömək etmirlər, deyirlər bizim vəsaitimiz yoxdur.
Ata-oğul, yəni 2 Qarabağ qazisi hazırda bir uçuq-sökük, heç bir şəraiti olmayan daxmada yaşayırlar.
Qarabağ qaziləri ata-oğul dövlət qurumlarından kömək istəyir.
Redaksiyadan: İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdən soruşuruq ki, o boyda rayonun imkanı yoxdur ki, iki Qarabağ qazisinin bir evini təmir etsinlər ? //gundelik-baku.com//