İki dindar qardaş Abşeron Gənclər Şəhərciyi sakinlərinə zülm edir – polis niyə göz yumur… (Video)

İki dindar qardaş Abşeron Gənclər Şəhərciyi sakinlərinə zülm edir –

Bakı-Sumqayıt şosesinin kənarında yerləşən Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlər “RealMedia.az” saytına şikayətlə müraciət ediblər. Onlar bildirir ki, əslən Masallı rayonundan olan iki dindar qardaş yerli sakinlərə zülm edir. Sakinlər qeyd edir ki, təxminən bir il əvvəl həmin qardaşlar gəlib şəhərcikdə “Meyvəcik” adlı meyvə- tərəvəz məhsulları satan mağaza açdılar.


Elə həmin gündən də mağazanın qabağındakı səküləri öz məhsullarını düzməklə zəbt etdilər. Heç bir dindarlığa sığmayan bu əməl hazırda daha acınacaqlı hal alıb. Bir müddət sonra, qardaşlar arasında yaranan narazılıq onların bir-birundən ayrılması ilə nəticələndi. Ancaq bu hadisədən sonra şəhərçik sakinlərinin vəziyyəti daha da pisləşdi. Çünki narazı qardaşlardan biri “Meyvəcik”lə üzbəüz özünə eyni profildə fəaliyyət göstərən yeni mağaza açdı.


Bunun nəticəsində yol qarşı tətəfdən də zəbt edildi. Çox maraqlıdır ki, yaranan bu açınacaqlı vəziyyətə ərazidə xidmət aparan sahə müvvəkili və Abşeron Polis İdarəsi seyrçi qalır. Sakinlər bunun səbəbini polisin qanunsuzluğa məqsədli şəkildə göz yumması ilə izah edirlər. Sakinlər Daxili İşlər Nazirliyinin rəhbərliyindən bu özbaşınalığa son qoyulması üçün onlara yardım göstərilməsini xahiş edirlər. Həmin ərazidən çəkdiyimiz video və fotoları təqdim edirik: