İdarəetmə optimallaşır: - "Bəzi nazirlik və komitələr ləğv oluna bilər"

İdarəetmə optimallaşır: -

“Nazirliklərin və komitələrin ixtisarı və birləşməsi yaxın vaxtlarda baş tuta bilər”.
RegionNews.az xəbər verir ki, bu sözləri politoloq, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
O, məsələnin mahiyyəti haqqında “Sherg.az”a danışdı:

“2018- ci ilin Prezident seçkilərindən və ölkədə Vitse - prezidentlik institutunun yaradılmasından sonra Azərbaycanda ciddi kadr və struktur islahatlarına start verildi. Müharibə bir müddət institusional prosesləri dondursa da, yaxın vaxtlarda hökumətdə mühüm struktur dəyişikliklərin olacağı istisna deyil. Hazırda ölkədəki 17 nazirlik - 11 -12 nazirlikdə birləşə bilər. 7 komitə isə müxtəlif nazirliklərə birləşə, komitələrdən yalnız 3 - ü qala bilər. Bununla da idarəetmənin daha da optimallaşması və mobilləşməsi baş verəcək”.