İcra hakimiyyətləri ləğv edilir: İlin sonuna kimi...

İcra hakimiyyətləri ləğv edilir:

İcra hakimiyyətlərinə bu ilin sonuna qədər zaman verilib.

“RegionNews.az” xəbər verir ki, Cebhe.info-ya daxil olan məlumata görə, ölkə üzrə fəaliyyət göstərən bütün icra hakimiyyətlərinə bu ilin sonuna qədər onlara tapşırılan bütün layihələri yekunlaşdıraraq hesabat vermələri tapşırılıb.

Eyni zamanda, növbəti ildən icra hakimiyyətlərinə yeni layihələrin verilməyəcəyi və büdcə ayrılmayacağı da bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, bu proses icra hakimiyyətlərinin yaxın zamanlarda ləğv olunmasına hesablanıb. 

Qeyd edək ki, bir müddətdir ki, icra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təkliflər sırasındadır.