İcra başçıların həbsi digərlərinə niyə dərs olmur? - ŞƏRH 

İcra başçıların həbsi digərlərinə niyə dərs olmur? -

Son bir ildə bir neçə icra başçısı həbs olundu. O icra başçıları ki, onların bahalı maşın kolleksiyasından tutmuş, dəbdəbəli villalarına qədər varları idi, hələ üstəlik övladları da xalqın cibindən gələn pullarla at oynadırdılar. Təəssüf ki, həbs olunmayanların da bahalı maşınları, villaları, biznesləri var. Və bu cür məmurların sayı isə çoxdur. Maraqlıdır, bəs həbs olunmalar, vəzifədən azad edilmələr məmurlar üçün niyə ibrət dərsi olmur? 

Mövzunu regionnews.az-a şərh edən deputat Ceyhun Məmmədov deyib ki, bir sıra məmurlar baş verənlərdən dərs çıxarmır, xəyanət etməkdə davam edirlər: 

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin  istiqamətləri haqqında geniş məlumat verilsin

"Dövlət başçısı bu məsələ ilə bağlı dəfələrlə mövqeyini ifadə edib. Prezident bildirib ki, Azərbaycanda rüşvətxorluqla bağlı işlər görülür, Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu kimi hallarla güclü mübarizə aparılır. Bu kimi səbəbdən bir neçə icra başçısı həbs olunub. Təəssüf ki, bu neçənci haldır, baş verənlərdən nəticə çıxarmırlar. Mübarizə necə gücləndirilməlidir, hansı addımlar atılmalıdır bu barədə xəbərdarlıqlar edilib. Gələcəkdə də mübarizə daha da güclənəcək. Hesab edirəm ki, vəzifəyə təyin olunlar bilməlidir vəzifə etimaddır, məsuliyyətdir, əmanətdir. Bu halda vəzifəyə xəyanət etmək olmaz. Əgər Prezident bir rayona öz nümayəndəsini təyin edirsə o adam məsuliyyəti dərk etməlidir. Əlbəttə bu gün bu məsələ nəzarət altındadır. Vəzifəyə təyin olunan şəxs həm də özü öz əməllərinə nəzarət etməlidir" 

Deputat deyib ki, belə çirkin hadisələrin baş verməməsi üçün savadlı, intelektual gənclər önə çəkilməlidir: 

"Bu gün ölkəmizdə kadr təyinatı ilə bağlı ciddi addımlar atılır. Gənc kadrların işə cəlb olunması uğurla həyata keçirilir. Yeni kadrlar əvəzləndikcə bu kimi əməllərin sayı da azalacaq. Əvvəlki dövrlə müqayisədə xeyli irəliləyiş var. İnanırıq ki, gələcəkdə belə neqativ hallar yox olacaq".