Hacıqabulda üç gün su olmayacaq

Hacıqabulda üç gün su olmayacaq

Hacıqabul rayonunun bəzi kəndlərində su olmayacaq.

Bu barədə “RegionNews.az”-a “Azərsu” ASC-dən məlumat verilib. 

Bildirilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq planlı təmir işləri ilə əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron, Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.