Gözəlliyindən əsər-əlamət qalmayan park: Uşaqların səsini dərin sükut əvəz edib

Gözəlliyindən əsər-əlamət qalmayan park:

Bir vaxtlar Binəqədidə uşaqların əyləncəsi, ətrafda yaşayan sakinlərin təbiətdən həzz alması üçün nəzərdə tutulan ərazi indi baxımsızlıqdan əziyyət çəkir.

Gözəlliyindən əsər-əlamət qalmayan parkın girişi kədərli mənzərəyə açılır. Dekorativ ağacların və kolların əkilməsi üçün nəzərdə tutulan bu yeri indi üfunət qoxusu bürüyüb, çirkli mənzərə isə göz yorur. 

Bir zamanlar bağbanların və botaniklərin sevərək yaşıllıqlara qulluq etdiyi, hətta quşların saxlanması üçün xüsusi yer ayrıldığı park indi xarabaxanaya çevrilib.

Valideynləri ilə burada əylənməyə gələn uşaqların səsini isə dərin bir sükut əvəz edib.

“Global Photo Stock”un əməkdaşı paytaxtda yerləşən parkdan fotoreportaj hazırlayıb. 

Həmin fotoları təqdim edirik: