Göygölün qaranlığa qərq olunmuş kəndi - VİDEO

Göygölün qaranlığa qərq olunmuş kəndi -

Göygöl rayonunun Mollacəlilli kənd sakinləri yırtıcı heyvanların hədəfinə çevrilib. 

Kənd ərazisində küçə işıqlandırılması olmaması səbəbindən gecələr yırtıcı heyvanlar kəndə soxulur, bəzən insanlara belə hücum edir. 

Sakinlər deyir ki, acınacaqlı durumla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, mövcud problem öz həllini tapmayıb.

800-dən artıq ailənin yaşadığı Mollacəlilli kəndinin sakinlərinin sözlərinə görə, gecə qaranlıq küçələrdə tək hərəkət etmək müşkül məsələyə çevrilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: