Göygöldə iki avtomobil aşıb, xəsarət alan var

Göygöldə iki avtomobil aşıb, xəsarət alan var

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

RegionNews.az xəbər verir ki, hadisə “Mal bazarı” adlanan ərazinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21 099” və “VAZ-21 011” markalı minik avtomobilləri toqquşub, daha sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb, iki nəfər isə qəza nəticəsində qorxu hissi keçiriblər.

Hər üç şəxsə hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.