Göyçayda Qarabağ Qazisi ACINACAQLI DURUMDA... - Dərdini dinləyən də yoxdur...

Göyçayda Qarabağ Qazisi ACINACAQLI DURUMDA... -

İkinci Qarabağ müharibəsi iştirakçısı sosial vəziyyətinin ağır olmasından şikayətlənir.
Bu barədə ,Göyçay sakini Orxan İsayev “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib. Onun sözlərinə görə, yaşayış şəraiti ağırdır, iş tapa bilmir. Ailəsini fəhləlik etməklə dolandırır.

Qeyd edək ki, Orxan İsayev 2016-ci ilin aprel döyüşlərində və 2020-ci ilin 27 sentyabrdnda başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. O, Laçın, Cəbrayıl, Ağdam, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib, fəxri fərmanlar və medallarla təltif edilib.