Göyçay sakinləri FƏRYAD EDİR... - Başçı isə...

Göyçay sakinləri FƏRYAD EDİR... -

Göyçay rayonunun Çaxırlı kənd sakinləri susuzluqdan dad edir. 20 ildən çoxdur ki, yayı su, qışı qaz axtarışında keçirən kəndlilər yerli icra hakimiyyətinin qarşısında toplaşıblar.
Qazanc yerləri kənd təsərrüfatından çıxan kəndlilər indi işsiz qalıb. Kənddə su yoxdursa, deməli, nə əkib-biçmək, nə mal-qara saxlamaq olar.
Göyçay Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilmədik. İş günü olmasına baxmayaraq, qurumdan narazı əhalinin qarşısına da nümayəndə çıxmır. Göyçaylılar ölkə başçısına müraciət edərək, səslərinə hay vermələrini istəyirlər.