Göyçay rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta əməkdaşları vətəndaşı belə təhqir edir- FOTOFAKT

Göyçay rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta əməkdaşları vətəndaşı belə təhqir edir-
Göyçay rayon Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Bildirmək istəyirəm ki,10 may 2021-ci il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta əməkdaşlarının mənə qarşı etdiyi xuliqanlıq,şərəf və ləyaqətimi söyüb təhqir etməsi barəsində dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə şikayət etmişdim.Hətta hadisə yerinə gələn Göyçay rayon Polis əməkdaşları da məsələyə şahid oldular.Lakin sahə rəisi mayor Həbib Sadıqov DIN-nin Şəki regional qrupuna həqiqətləri əks etdirməyən,yalan məlumat verdi.Çünki o,İcbari Tibbi Sığorta əməkdaşı olan Namiq adlı şəxslə təkliyə çəkilib gizli sövdələşmişdilər.Araşdırma aparan Göyçay rayon Prokurorluğu da Həbib Sadıqovun keyfiyyətsiz araşdırma apardığını aşkar etmiş və rəsmi ərizə ilə mənə göndərmişdi. Daha sonra mən Göyçay rayon Polis Şöbəsindən video görüntüləri israrla tələb edərək əldə etdim.Video görüntülərdə Namiq adlı Sığorta əməkdaşının mənə fiziki zorakılıq tətbiq etməsi açıq-aşkar görünür.Həmçinin hadisə yerinə ilk dəfə gələn polis leytenantı Taleh Ağayev də söyülüb təhqir olunduğumu təsdiqləyən izahatı da var. Mən,Azərbaycan Rezpublikasının vətəndaşı kimi Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xahiş və tələb edirəm ki,öz vəzifəsindən sui-istifadə edən Həbib Sadıqov tutduğu vəzifədən azad edilsin.Çünki o,Azərbaycan Polisi adına qara ləkədir.Məhz onun kimi polislər vətəndaşlarda Azərbaycan Polisinə qarsı nifrət hissi oyatmağa səbəb olur.Beləliklə də insanlar elə düşünür ki,sanki Ölkədə qanun yoxdur. Cənab Prezident!Sizdən çox xahiş edirəm,mənə qarşı xuliqanlıq edib,şərəf və ləyaqətimi təhqir edən İcbari Tibbi Sığorta əməkdaşı Namiq adlı şəxs Məhkəmədə qanun qarşısında cavab versin və vəzifəsindən uzaqlaşdırılsın.Ən əsası isə Sizdən xahiş edirəm ki, Namiqlə yanaşı Həbib Sadıqov da mütləq öz tutduğu vəzifəsindən xaric edilsin. Ümid edirəm müraciətim tərəfinizdən obyektiv araşdırılıb,öz həllini tapacaqdır.