Goranboylu direktor: Mənə deyirlər kollektivdən pul yığ gətir...

Goranboylu direktor:

“RegionNews.az” xəbər verir ki, Goranboy rayonun Səmədabad kənd tam orta məktəbinin direktoru Ələşrəf Bağırovun pulyığma ilə bağlı şok səsyazısı Dünyanınsəsi Az saytına göndərilib.
Belə ki, Goranboy rayonun Səmədabad kənd tam orta məktəbinin direktoru Ələşrəf Bağırov kollektivi yığıb iclas keçirərək onlara bildirib ki, rayondan mənə deyirlər ki, get kollektivdən pul yığ gətir. Əgər gətirməsən məktəbə təftiş üçün komissiya göndərəcəyik.Bu sözləri sözügedən məktəbin direkotrunun səsqeydində deyilir.

Məktəb direktoru həm də kollektivə deyir ki, fikirdən gecələr yata bilmirəm.Çıxılmaz vəziyyətdə qalmışam.Hətta o, gecə saat 2-00 idi, həyat yoldaşım mənə bildirdi ki, niyə gəlib yatmırsan nə fikirləşirsən?
Mən yenə sizə təkrar edirəm ki, əgər komissiya gəlsə mən öz çulumu evimi satmalı olsam da belə sudan bir təhər çıxaracam.
şəxsləri səsyazısını araşdırılmalıdr.Həm də səsqeyidi ilə bağlı fonoskopik ekspertiza zamanı danışığın yazılı mətnlə müəyyən olunması, danışıqda iştirak edən şəxslərin kimliyi mütləq araşdırılaraq üzə çıxarılmalıdır.
Bu gün təhsil sistemində rüşvət faktoru mövcuddur. Bunu kimsə inkar etmir. Cəmiyyətin təmsilçilərindən biri olaraq, hər zaman üzləşdiyimiz hallardan biridir. Qohumlar, qonşular, dostlar vasitəsilə tez-tez bu mövzuda şikayətlər eşidirik. Uşaq bağçasından tutmuş ali məktəblərə qədər hər yerdə neqativ halların olduğu deyilir. İş o yerə çatıb ki, ali təhsil ocaqlarının bir çoxunda tələbələr semestr imtahanlarının “qiymətlər”ini sosial şəbəkələrdə paylaşırlar.
Orta məktəblərdə vəziyyət daha dözülməzdir. Bayram və digər əlamətdar günlərdə valideynlərdən müəllimlərə hədiyyə pulu yığmayan məktəblər barmaqla sayılası qədərdir. Bu gün orta məktəblərə dərs saatlarının bölgüsü ilə bağlı əksər direktorlar müəllimlərdən haqq alır.
Redaksiya olaraq inanırıq ki, Səmədabad kənd tam orta məktəbində qeyd etdiyimiz olayı həm təhsil nazirliyi həm də hüquq mühavizə orqanları araşdırıb hüuqi qiymət verməklə ictimaiətə açıqlama verəcəkdir.