Gənclər şəhərinin adına yaraşmayan qoxulu xəbər: Kanalizasiya probleminin “ətirli” həlli - VİDEO

Gənclər şəhərinin adına yaraşmayan qoxulu xəbər: Kanalizasiya probleminin “ətirli” həlli -

Sumqayıtın kanalizasiya problemi bitmək bilmir. 

“RegionNews.az” xəbər verir ki, ötən gün şəhərin Azərbaycan prospektindən keçən kanalizasiya xətti tutulub. 

Əraziyə təhkim edilən “Azərsu” ASC-nin qəza xidmətinin əməkdaşları problemi həll etmək üçün nasoslar vasitəsi ilə suyu bir kanalizasiya quyusundan çəkib, o birinə töküblər.

Ətrafa yayılan üfunət qoxusu isə səhərə qədər davam edib.

Qeyd edək ki, bir neçə gün əvvəl isə şəhərin Kamran Hüseynov küçəsində dəfələrlə çökən avtomobil yolu yenidən çöküb. Buna səbəb kimi kanalizasiya borularının köhnə və istifadəyə yararsız olması göstərilib. (oxu.az)