Gəncədə parkda karusel qırıldı: Uşaq xəsarət aldı

Gəncədə parkda karusel qırıldı:

Gəncədə parkda hadisə baş verib.

“RegionNews.az” xəbər verir ki, 2010-cu il təvəllüdlü N.Abbasova Gəncə şəhəri Bayraq Meydanı yaxınlığında yerləşən parkda quraşdırılmış elektriklə işləyən karuselin qırılması nəticəsində yıxılaraq sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb.

Hazırda xəstəxanaya yerləşdirilən azyaşlının səhhəti normaldır.