Gəncədə kişi evini YANDIRDI - Arvadı da yandı

Gəncə şəhər sakini yaşadığı evi yandırıb.
“RegionNews.az” Oxu.az-a istinadən xəbər verir ki, psixoloji problemi olan kişi öz evinə od vurub.
Onun arvadı evin yanmasının qarşısını almaq istəyən zaman kişinin əlindəki benzin üzərinə tökülüb.
Nəticədə qadının qolu yanıb. O, xəstəxanaya aparılıb. Xəsarət alan qadın ərindən şikayətçi olmayıb.
Faktla bağlı araşdırma aparılır.