Gəncədə evlərin həyətini sel suları basdı - FOTO

Gəncədə evlərin həyətini sel suları basdı -

Gəncə şəhərində leysan yağış bir sıra fəsadlar törədib.

“RegionNews.az” xəbər verir ki, dünən axşam saatlarından başlayaraq yağan leysan yağışlar xüsusən Məhsəti Gəncəvi qəsəbəsində fəsadlar yaradıb.

Yağış suları qəsəbə yollarına, küçələrə və yaşayış evlərinin həyətlərinə dolub.

Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir. (report)