Gəncədə ağır qəza: polis hadisəni törədənləri niyə gizlədir? - VİDEO

Gəncədə ağır qəza: polis hadisəni törədənləri niyə gizlədir? -
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“RegionNews.az” xəbər verir ki,  hadisə 20 iyun tarixində səhər saatlarında qeydə alınıb.
77 PE 158 dövlət nömrə nişanlı “Chevrolet Cruiz” markalı maşın yolda hərəkətdə olan 99 VE 363 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobili vurub. Hadisə nəticəsində “Prius”un sürücüsü Mollaeyyublu Məcruh Məcid oğlu ağır xəsarət alıb, o təcili olaraq xəstəxanaya çatdırılıb. Sürücü əməliyyat olunub, hazırda xəstəxanada müalicə alır.

Digər maşında olan iki nəfər isə heç bir xəsarət almayıb. Hadisə şahidlərinin sözlərinə görə, “Chevrolet Cruiz”in sürücüsü içkili olub, videodan da göründüyü kimi o, ayaqüstündə dayana bilməyib, aşıb. Hadisə yerinə gələn “Niva” markalı avtomobil qəzanı törədən sürücünü və maşındakı digər şəxsi hadisə yerindən qaçırıb.
Maraqlıdır ki, hadisənin üzərindən 2 gün keçməsinə baxmayaraq, qəzanı törədən şəxslər hələ tapılmayıb, xəsarət alan sürücünün izahatını almaq üçün xəstəxanaya heç bir hüquq-mühafizə orqanı əməkdaşı yaxınlaşmayıb. (bakupost)