Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişikliklər barədə qanun qəbul edildi

Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişikliklər barədə qanun qəbul edildi

Parlament Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunu müzakirə edərək qəbul edib.

“RegionNews.az” xəbər verir ki, bu məsələlər Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə olunub.

Qanuna əsasən Gəncə şəhərinin inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2. Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilsin.

3. Ləğv edilmiş Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məshəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məshəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilsin.