Fələstin-İsrail gərginliyinin memarı bu şəxsdir… – Tarix

Fələstin-İsrail gərginliyinin memarı bu şəxsdir… –

RegionNews.az xəbər verir ki, 2 noyabr 1917-ci ildə, Birinci Dünya müharibəsi davam edərkən Britaniya xarici işlər naziri olan Artur Balfurun açıqlaması hər iki xalqın milli tarixində əhəmiyyətli, lakin çox fərqli bir yer tutur.

Britaniya Balfur bəyannaməsində o vaxt Osmanlı İmperatorluğunun bir hissəsi olan Fələstində “yəhudi milli vətəni”nin yaradılmasını dəstəkləyəcəyini bildirib.

Bu səbəbdən bəyannamə bir çoxları üçün İsrail-Fələstin məsələsinin başlanğıc nöqtəsi kimi qəbul edilir.

Bəyannamənin mətni Böyük Britaniya vətəndaşı olan, eyni zamanda yəhudilərin liderlərindən sayılan Lord Rodşildə məktub formasında göndərilir.

Məktub L.Rodşildə çatdıqdan 1 həftə sonra, yəni 9 noyabr 1917-ci ildə mətbuatda yayımlanır. Beləliklə, ictimaiyyətin məsələ ilə bağlı məlumatı olur.

Bundan başqa, mətndə “dövlət” əvəzinə “milli vətən” anlayışından istifadə edilir və tam olaraq hansı sərhədləri nəzərdə tutduğu göstərilmir. (kult.az)