Eynulla Fətullayevə 4000 avro təzminat ödəniləcək - AHİM-in qərarı

Eynulla Fətullayevə 4000 avro təzminat ödəniləcək -

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, aprelin 7-də jurnalist, “Haqqin.az” saytının rəhbəri “Eynulla Fətullayev Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

“RegionNews.az” xəbər verir ki, AHİM-in qərarı haqda hüquq müdafiəçisi Xalid Ağalıyev xəbər verib.

Məhkəmə ərizəçinin vəkillərinin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb.
“Bu iş Eynulla Fətullayev “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru kimi həbsdə olarkən üzərindən narkotik tapılması ittihamları ilə bağlı idi. AİHM hesab etdi ki, bu işdə jurnalistlə bağlı bütün məhkəmə prosesləri ədalətsiz olub, Konvensiyanın 6.1-ci maddəsi pozulub”,- deyə hüquq müdafiəçisi bildirib.
AHİM-in qərarına əsasən, hökumət jurnalistə 4000 avro təzminat ödəməlidir. (yenisabah.az)