Ermənistan İrandan gələn malları Qarabağa göndərirsə... – Zərdüşt Əlizadə

Ermənistan İrandan gələn malları Qarabağa göndərirsə... –
"Əgər İran Ermənistana nəyisə, hansısa malları verirsə, burada qanunsuz heç nə yoxdur”.
RegionNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq hesab edir ki, İranla Ermənistan arasında diplomatik, ticarət əlaqələri var:
"Hər şey qanunidir. Bu, nə üçün qanunsuz sayılmalıdır? Fərz edək ki, Azərbaycandan İrana, İrandan da Azərbaycana mallar gəlir. Bu qanunsuzdur? Əgər bu, qanunidirsə, diplomatik, ticarət əlaqələri olan İranla Ermənistan arasında yüklərin daşınması da qanunidir. Hansı beynəlxaq qanun iki dövlət arasında ticarət əlaqələrini qadağan edir? O cümlədən yanacaq, tikinti materiallarını. Əgər Ermənistan bunu Qarabağa göndərirsə, düşünürəm ki, burada hüquq cəhətdən sullar yaranır və bunun cavabını Azərbaycan hökuməti verməlidir. Bunun İrana aidiyyatı yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə İrandan Ermənistan vasitəsilə Qarabağa "yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb. Görüntülərdə yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.