“Dinamo” - “Neftçi” oyununun biletləri satışda

“Dinamo” - “Neftçi” oyununun biletləri satışda

İyulun 7-də Gürcüstanın paytaxtı Tbilisidə “Dinamo” və “Neftçi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün onlayn bilet satışına start verilib.

“RegionNews.az” xəbər verir ki, qiyməti 5 laridən 20 lariyədək (2,70 manatdan 10,8 manatadək) təşkil edən biletləri www.tkt.ge saytında əldə etmək mümkündür.

Boris Payçadze adına “Dinamo Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.