DİM bu imtahanların da vaxtını dəyişdi - Abituriyentlərin NƏZƏRİNƏ

DİM bu imtahanların da vaxtını dəyişdi -

Dövlət İmtahan Mərkəzi “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahan tarixi 19 iyul yazılmış abituriyentlərə müraciət edib.

DİM-dən “RegionNews.az”-a verilən məlumata görə, Nazirlər Kabinetinin İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında 1 iyul 2021-ci il tarixli Qərarına əsasən, 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Ona görə də DİM tərəfindən Təsviri sənət istiqaməti üzrə 19 iyulda nəzərdə tutulmuş imtahanlar 17 iyula keçirilib.

Qabiliyyət imtahanına buraxılış vərəqəsində 19 iyul üçün Rəngkarlıq (10) komissiyasının rəngkarlıq imtahanı və Heykəltəraşlıq (12) komissiyasının yapma imtahanı qeyd edilmiş abituriyentlər 17 iyul imtahana gəlməlidirlər.

Bu abituriyentlər yenilənmiş buraxılış vərəqələrini DİM-in saytından çap edə bilərlər:

https://eservices.dim.gov.az/qabiliyyet