Deputat Eldəniz Səlimovun aqrar siyasəti - Xaçmazda meşə ağaclarını kəsirlər... - FOTOLAR

Deputat Eldəniz Səlimovun aqrar siyasəti - Xaçmazda meşə ağaclarını kəsirlər... -

Xaçmazın Fərzəlioba kəndi (KöhnəXudat bələdiyyəsi) yaxınlığında deputat Eldəniz Səlimovun atası Adil Səlimovun adına olan torpaqarda kütləvi ağac kəsilir

Bu barədə infom.az-a yerli mənbələr məlumat verib. “Çoxillik, yaş kök üstündə olan ağaclar bir ucdan mişarlanır. 

Təbiətə qarşı əsil soyqırımdır. Görünür bu adamlar cəzasız qalacaqlarına tam arxayındır. Özbaşınalığın qarşsını almaqda ekologiya nümayndələri də acızdir”- deyə mənbə bildirib . 

Məlumatda qeyd olnur ki, həmin ərazidə ağac kəsimiylə bağlı simvolik cərimələr yazılıb. Lakin bunun təsiri olmayıb. 

Mənbə həmçinin bunu da vurğulayıb ki, kütləvi ağac kəsintisi aparılan ərazi vaxtilə meşə fonduna aid olub. Sonradan məhkəmə qərarı ilə əvvəl bələdiyyə fonduna, sonda isə Adil Səlimovun mülkiyyətinə keçib. 

Məlumat üçün qeyd edək ki, Eldəniz Səlimov Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin üzvü və Adil Səlimovun oğludur. 

Elə buna görə də rayonun cavadeh qurumları deputatın himayədarlığında olan bu ərazidə baş verənlərə müdaxilə edə bilmirlər.