Çempionlar Liqasında 2-ci mərhələ: “Neftçi“ “Olimpiakos“a qarşı

Çempionlar Liqasında 2-ci mərhələ:

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

“RegionNews.az” xəbər verir ki, son oyun günündə daha 9 qarşılaşma keçiriləcək.

Ölkəmizi turnirdə təmsil edən "Neftçi" "Olimpiakos"unu qəbul edəcək. "Ağ-qaralar" Yunanıstandakı ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzub.

Bu cütlüyün 3-cü təsnifat mərhələsində potensial rəqibləri də bu axşam meydana çıxacaq. Sloveniyada "Mura" ilə qolsuz heç-heçə edən "Lüdoqorets" (Bolqarıstan) bu dəfə rəqibi ilə öz meydanında qarşılaşacaq.

Türkiyənin "Qalatasaray" klubu isə Niderland PSV-sini qəbul edəcək. Səfərdə 1:5 hesabı ilə uduzan İstanbul təmsilçisi məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.