"Çadra altına girərək Azərbaycana qarşı fəaliyyət göstərirlər" - deputat İranın casus şəbəkəsindən danışdı

"Çadra altına girərək Azərbaycana qarşı fəaliyyət göstərirlər" -

“Azərbaycanda beşinci kolon deyəndə hamı üzünü şimala tutur (Rusiya). Halbuki beşinci kolonun nümayəndələri həm də İrana bağlı qurumlardır”. 

“RegionNews.az” xəbər verir ki, bunu parlamentin iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, Azərbaycanda İranın casus şəbəkəsi fəaliyyət göstərir.

“Bu, həm də səhiyyədə, təhsildə olan problemlərin, bəzi məmurların səriştəsizliyinin nəticəsidir. Təklif edirəm ki, Azərbaycanda din adı altında siyasət yürüdənlərlə bağlı qanunlara müddəalar əlavə edilsin”, - deyə F.Mustafa əlavə edib.

Deputat qeyd edib ki, bəziləri çadra altına girərək Azərbaycana qarşı fəaliyyət göstərirlər. (oxu.az)