Cəlilabadın icra başçısı özünə yeni köməkçi təyin edib - ƏMR

Cəlilabadın icra başçısı özünə yeni köməkçi təyin edib -

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov özünə köməkçi təyin edib.
“RegionNews.az” xəbər verir ki, bu vəzifəyə Carçıyev Tahir Zaur oğlu təyinat alıb.
Qeyd edək ki, R.Cəlilov sentyabrın 14-də Cəlilabad RİH-ə icra başçısı təyin edilib. O, daha əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb. (report)