Cəlilabadda vətəndaşlara problem yaradan iki qardaş “gömrük qoçuları” kimdi..? - ŞİKAYƏT... FOTO

Cəlilabadda vətəndaşlara problem yaradan iki qardaş “gömrük qoçuları” kimdi..? -

Dünən səhər saatlarında Cəlilabad rayon Muğan kənd sakinləri redaksiyamıza şikayət ediblər. 

RegionNews.az xəbər verir ki, sakinlərin sözlərinə görə əkdikləri kartofu satmaq istəsələr də özlərini Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim edən iki qardaş onlara problem yaradır. 

Kənd sakinləri bildiriblər ki, yayda ancaq qazanc yeri kimi gözlərini əkdikləri kartofa dikiblər. Amma onun da satılması zaman hər dəfə onlara süni problemlər yaradılır. Onların sözlərinə görə “dəllallıq” edən Zahid və Samid qardaşları özlərini Dövlət Gömrük Komitəsinin əməkdaşları kimi təqdim edərək, kənddən Rusiyaya kartof daşıyan “TIR” sürücülərinin sənədlərini əllərindən alıblar. 

Sakinlərə problem yaradan şəxslərdən biri də adı çəkilən iki qardaşlara havadarlıq edən Maşlıq kənd sakini Əlövsət adlı şəxsdir. Zahid və Samid qardaşları isə Masallı rayonundadırlar. Bu səbəbdən də sakinlərin kartofunu alan alverçilər onu Rusiya bazarına çıxara bilmir və məcbur olub malı geri qaytarırlar. 

Məsələn, beş gün öncə gömrükdən keçmək üçün hər “TIR” üçün 2200 dollar pul ödənirdisə, indi bu qiymət 3500 dollara qaldırılıb. Sakinlər bu gün kəndin icra nümayəndəsi Rəzzaq İsbarovla birlikdə kənddəki “TIR” parkına gedərək orda sürüclərlə söhbət ediblər. Sürücülər bildirib ki, onlar da Zahidvə Samid qardaşlarının bu “qoçu"luğunun qarşısında aciz qalıblar. 

Ona görə də vətəndaşlar məcbur olub mətbuata üz tutublar. Onlar bildiriblər ki, mövcud problemlə bağlı çox təəssüflər olsun ki, rayon rəhbərliyi də maraqlanmır. Qeyd edək ki, Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalov ötən ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs ediləndən sonra hələ də rayona yeni icra başçısı təyin olunmayıb. 

Vətəndaşların sözlərinə görə N. Zeynalovun həbsdindən sonra rayonda hərc-mərclik baş alıb gedir. 

Redaksiyadan: Heç şübhə yoxdur ki, həmin qoçuların Dövlət Gömrük Komitəsi ilə əlaqəsi yoxdur, bu kəmfürsətlər sadəcə vəziyyətdən sui-istifadə edərək komitənin adına xələl gətirən qanunsuzluqla məşğuldurlar. Komitə sədri hörmətli Səfər Mehdiyevin məsələyə müdaxilə edərək həmin qoçuları haqq etdikləri yerə göndərəcəyinə şübhə etmirik. Moderator.az