Cəlilabadda Məktəb stadionunu kim SATIB? - Bələdiyyə sədri TAPILMIR

Cəlilabadda Məktəb stadionunu kim SATIB? -

Xəbər verildiyi kimi Cəlilabad rayonunda ümumtəhsil müəssisəsinin idman meydançası satışa çıxarılıb. Söhbət 2006-cı ildən Babalı kənd tam orta məktəbi üçün ayrılan 0,22 hektarlıq stadionundan gedir. Məktəbin ərazisinin hansısa vəzifəli şəxslər tərəfindən satışa çıxarıldığı bildirilir. Hətta ərazinin məktəbin balansından çıxarılması üçün saxta sənədləşmə işlərinin də aparıldığı deyilir.  
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayev məsələdən xəbərdar olduqlarını və hazırda araşdırma aparıldığını deyib:

“Həmin ərazi məktəbin balansındadır. Satılıb-satılmamasını dəqiqləşdirmək üçün kənd bələdiyyə rəhbəri axtarırıq, tapa bilmirik. Əməkdaşlarımızı məktəbə göndərmişik, həmin stadionun ərazisi ölçülür. Yəni, hazırda o işlə məşğuluq. Satılıb-satılmaması ilə bağlı dəqiq məlumat veriləcək”.